Müğənni İntiqam Kərimov açıqlaması ilə gündəmə gəlib.
Demokrat.az olay-a istinadən bildirir ki, 64 yaşlı sənətçi qonaq olduğu "Günə bax" verilişində oğlanların qızlar kimi rəqs etməsini tənqid edib.
Kərimov bu mövzuda fikirlərini bu şəkildə ifadə edib:
"Heç kimi qınamaq istəmirəm. Amma son zamanlar baxıb görürsən ki, oğlanlar başlayıblar nazlı rəqslər etməyə. Belə baxıb görürəm ki, 30-40 ildən sonra qızlarımız deyəsən özlərinə ər tapmayacaqlar. Beləcə bizim musiqilərimizi də dəyişdilər".