“Neftçi” futbolçusu Qara Qarayevlə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, “ağ-qaralar” Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyublar. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Q.Qarayev paytaxt klubuna 2023-cü ilin yayında “Qarabağ”dan keçmişdi. O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.