RU

Avropada avtomobil satışları üç ilin ən aşağı həddinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay Avropa İttifaqında (Aİ) avtomobil satışları son 3 ilin ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, Avropa Avtomobil Sənayesi Assosiasiyasının cümə axşamı açıqladığı məlumatlara görə, Avropa İttifaqında (Aİ) yeni avtomobil satışları 18,3 faiz azalaraq son üç ilin ən aşağı səviyyəsinə düşüb.

Bu azalmada əsas səbəb kimi aparıcı bazarlar olan Almaniya, Fransa və İtaliyada müşahidə olunan ikirəqəmli itkilər göstərilib.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqlamasına görə, İttifaqın ən böyük elektrik avtomobili bazarları Almaniya və Fransada müvafiq olaraq 68,8 faiz və 33,1 faiz azalma qeydə alınıb.

Avqustda tamamilə elektriklə işləyən avtomobillərin satışı 43,9 faiz azalıb ki, bununla da ardıcıl dördüncü ayda da azalma qeydə alınıb.

Sözügedən dövrdə akkumulyatorla işləyən və plug-in hibrid avtomobil satışları müvafiq olaraq 43,9 faiz və 22,3 faiz azaldığı halda, hibrid elektrik avtomobil satışı 6,6 faiz artaraq 31,3 faiz bazar payına çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
37
21
banco.az

10Источники