2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 6,1% artaraq 72,6 milyard ABŞ dollarına çatıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
"Bu ilin I yarısında ölkənin tədiyə balansının cari əməliyyatlar hesabında 2,6 milyard dollar və yaxud ümumi daxili məhsulun (ÜDM) 7,5%-i qədər profisit olub. Cari hesabın başlıca komponenti olan xarici ticarət balansında 8 ayda 5,5 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb", - deyə AMB bəyan edib.