AZ

Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara yaxındır

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 6,1% artaraq 72,6 milyard ABŞ dollarına çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

"Bu ilin I yarısında ölkənin tədiyə balansının cari əməliyyatlar hesabında 2,6 milyard dollar və yaxud ümumi daxili məhsulun (ÜDM) 7,5%-i qədər profisit olub. Cari hesabın başlıca komponenti olan xarici ticarət balansında 8 ayda 5,5 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb", - deyə AMB bəyan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
20
turan.az

10Mənbələr