"Hakerlər daha çox maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar" - Rəis müavini
"Bu ilin birinci yarısında beynəlxalq miqyasda kiberhücumlar 30 faiz artıb. Bu artımda yeni texnologiyaların tətbiqi, zəif müdafiə üsulları və insan amili xüsusi yer alır".
aia.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov deyib.
Rəis müavini bildirib ki, hakerlər daha çox fərdi məlumatları, maliyyə məlumatlarını və dövlət sirlərini hədəfə alırlar: "Belə bir mühitdə informasiya təhlükəsizliyi məsələlərinin önəmi daha da artır".