RU

ABŞ sakini səhvən 18 il qonşusunun işıq pulunu ödəyib

ABŞ-ın Kaliforniya ştatının bir sakini 18 il ərzində səhvən qonşusunun enerji haqqını ödədiyini aşkar edib.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, 2006-cı ildən bu mənzildə yaşayan Ken Uilson deyib ki, son vaxtlar qaz və elektrik pullarının artdığını müşahidə edib, ona görə də enerji istehlakını azaltmaq üçün addımlar atıb.

Artıq hesabı ödəyə bilməyəndə elektrik təchizatçısı PG&E şirkəti ilə əlaqə saxlayıb: “Mən fikirləşdim ki, sızıntı var və ya kimsə mənim elektrik enerjimi oğurlayıb, ya da sayğac nasaz olub, çünki nəsə düz deyil”.

Kommunal şirkətinin əməkdaşı Uilsonun evinin sayğacını yoxlamağa gəlib və məlum olub ki, şirkət ondan öz mənzilinə görə deyil, qonşusunun mənzilinə görə pul alır. Uilson söyləyib ki, bu qarışıqlıq yəqin ki, mənzildə yaşadığı 18 il ərzində baş verib.

“Biz bu hadisədə səhvin baş verdiyini qəbul edirik və müştərinin vəziyyətini düzəltməyə, onun maraqlarını qorumağa tam sadiqik” -  PG&E şirkətindən bildirilib.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
1
herbiand.az

2Источники