RU

Sabah 28 dərəcə isti olacaq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərqküləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın temperaturu gecə 14-18°,gündüz 22-25° olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70%, gündüz 40-45%olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterliintensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qaryağacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyirayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18°, gündüz 23-28°, dağlarda gecə5-9°, gündüz 10-15° olacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
49
az.trend.az

10Источники