Çərşənbə günü Livanda simsiz rabitə qurğusunun partlaması nəticəsində ölənlərin sayı 32-yə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad məlumat verib.
O, xəsarət alanların sayı ilə bağlı dəqiq rəqəmlər açıqlamasa da, sentyabrın 17 və 18-də peycerlər, Icom IC-V82 rasyonları, smartfonlar və litium-ion batareyaları və günəş panelləri olan digər cihazların partladılmasından sonra minlərlə insanın xəstəxanalarda qaldığını bildirib.