RU

Aİ nümayəndəsi Gürcüstan hakimiyyətini LGBT hüquqlarını məhdudlaşdıran qanunu geri götürməyə çağırıb

Yayımlandı: 19 Sentyabr 2024 11:35 Almaniya XİN də Gürcüstanda qəbul olunmuş qanunu tənqid edir Avropa İttifaqının xarici siyasət komissarı Cosep Borrell Gürcüstan hakimiyyətini üçüncü oxunuşda qəbul edilmiş “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu geri götürməyə çağırıb. O, “X” sosial şəbəkəsində yazıb: “Gürcüstan parlamenti insanların fundamental hüquqlarını pozan, ayrı-seçkilik və damğalanmanı artıran “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun qəbul edib.Mən Gürcüstanı ölkəni Avropa Birliyinə gedən yoldan daha da uzaqlaşdıran bu qanunu ləğv etməyə çağırıram”, – Cosep Borrell yazıb. Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında da Gürcüstanda qəbul edilən qanunvericilik paketinin LGBTQİ insanlara qarşı ayrı-seçkiliyə yönəldiyi vurğulanıb. Almaniya Xarici İşlər Nazirliyi Gürcüstanda LGBT nümayəndələrinin hüquqlarını məhdudlaşdıran qanunvericilik paketinin qəbulunu şərh edib. Almaniya departamenti “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu ayrı-seçkilik adlandırır. Cozep Borrell. Foto: “europarl.europa.eu/” “Gürcüstan parlamentinin qəbul etdiyi qanunvericilik paketi LGBTQİ insanlara qarşı ayrı-seçkiliyə yönəlib. Bu, Venesiya Komissiyasının qeyd etdiyi kimi, insanların vətəndaş hüquqlarını pozur və Gürcüstanı Avropa İttifaqından daha da uzaqlaşdırır. Biz Gürcüstanı kursunu dəyişməyə çağırırıq”, – Almaniya Xarici İşlər Nazirliyinin sosial şəbəkələrdə dərc olunan bəyanatında deyilir. Sentyabrın 17-də “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun parlamentdə üçüncü oxunuşda bəyənilib və 84 səs çoxluğu ilə yekdilliklə qəbul edilib. Qanunvericilik paketi 19 qanun layihəsindən ibarətdir. Əsası “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” layihəsi, qalan 18-i isə ondan irəli gələn qanun layihələridir. Təşəbbüsün məqsədi, müəlliflərin fikrincə, kişi və qadın birliyinə əsaslanan ailə dəyərlərini və yetkinlik yaşına çatmayanların müdafiəsi mexanizmlərini gücləndirməkdir. Meydan TV

Избранный
28
xural.com

1Источники