RU

“Kəpəz”in yeni transferi: “Bunu qarşılanmağımdan hiss etdim”

“Burada olduğum üçün çox xoşbəxtəm. Bir az da həyəcanım var”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in yeni transferi Dioqo Verdaska deyib.

27 yaşlı portuqaliyalı futbolçu yeni klubunda hədəflərindən danışıb: “Var gücümü ortaya qoyub komandama kömək etmək istəyirəm. Qarşıdakı oyunlarda bacarığımı göstərmək üçün çox çalışacam. Azərbaycanda bir çox portuqaliyalı futbolçunun çıxış etməsindən xəbərdaram. “Kəpəz”də də həmyerlilərim oynayır. Ötən mövsüm “Gəncə”də forma geyinən İqor Rodriqesin azarkeşlər tərəfindən necə sevilməsindən xəbərdaram. Bizə qarşı münasibət çox yaxşıdı. Bunu qarşılanmağımdan hiss etdim. Mən və indiki komanda yoldaşlarım da bu sevgini qazanmaq istəyirik. Bu baxımdan, dayanmadan məşq edəcəyik. Portuqaliyalıların “Kəpəz”də özünü ən yaxşı tərəfdən göstərməsi mənim üçün qürurvericidir. Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş da portuqaliyalıdır. Onun burada olması xoşdur. Təcrübəli mütəxəssisdir, yığmanıza köməyi dəyə bilər”.

Qeyd edək ki, müdafiəçinin son klubu İspaniyada Sequnda (LaLiga 2) təmsilçisi "Mirandes" olub. "Portu"nun yetirməsi olan Dioqo İspaniyada "Real Saraqosa"da, eləcə də "Beytar" (İsrail, Yerüsəlim) və "Şlensk" (Polşa, Vrotslav) klublarında oynayıb.

İdman.biz

Избранный
32
6
idman.biz

9Источники