RU

Məktəblilərdən Leyla Əliyevaya hədiyyə — VİDEO

Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən Bəydili kənd tam orta məktəbində olub.

“Yeni Gundem” xəbər verir ki, Leyla Əliyeva məktəbin müəllimləri, şagirdləri və onların ailə üzvləri ilə söhbətləşib.

Məktəblilər Leyla Əliyevaya gül hədiyyə ediblər.

Daha sonra Biləsuvar rayonunun Bəydili kənd tam orta məktəbinin direktoru Nurlan İmanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya yeni inşa edilən binada yaradılan şərait barədə məlumat verib.

Görüntüləri təqdim edirik:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
6
yenigundem.az

7Источники