RU

"Android" istifadəçilərinin nəzərinə - Kriptovalyutalarınız oğurlana bilər

Bakı. Trend:

Təhlükəsizlik tədqiqatçıları tərəfindən "SpyAgent" adlı zərərliproqram aşkar edilib.

Trend xəbər verir ki, bu zərərli proqram qurğulara sızdıqdansonra istifadəçilərin şəxsi məlumatlarını hədəf alır.

Buraya kripto aktivləriniz də daxildir.

ABŞ-nin antivirus proqram istehsalçısı "McAfee" şirkətininverdiyi açıqlamaya görə, ilin əvvəlindən aktiv olan "SpyAgent"saxta proqramlar vasitəsilə "Android" telefonlarına sızır.

Bank proqramları, əyləncə platformaları və buna bənzər alətlərkimi görünən bu saxta proqramlar əslində arxa planda çox fərqlivəzifələri icra edir.

İstifadəçilər bilmədən zərərli "APK" ("Android Proqram Paketi")faylını yükləyirlər və bu fayl quraşdırıldıqda zərərli proqramcihazın SMS mesajlarına, kontaktlarına və yaddaşına daxil olmaqüçün icazə tələb edir.

Bu yeni nəsil zərərli proqram cihazınıza sızdıqdan sonraqalereya tətbiqinizdəki bütün vizual məzmunu skan edir.

Proqram "OCR" (Optik Xarakter Tanıma) texnologiyasından istifadəedərək şəkillərdəki mətnləri oxuyur və bu məlumatı uzaq serverəgöndərir.

Bu yolla kibercinayətkarlar bank məlumatlarınızdan tutmuşşəxsiyyət nömrənizə qədər bir çox həssas məlumatı əldə edəbilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
1
az.trend.az

2Источники