Sudanda vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 335-ə yüksəlib. Sudan Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, ölkədə vəbaya yoluxanların sayının 10,567-ə çatdığı bildirilib.
Açıqlamada, vəba səbəbindən ölənlərin sayının 335-ə yüksəldiyi qeyd olunub. İyun ayından bəri ölkədə yağan aramsız yağışların səbəb olduğu daşqınlar vəba xəstəliyinin yayılmasına şərait yaradıb. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Müharibənin davam etməsi və səhiyyə sisteminin qeyri-səmərəli işləməsi, epidemik xəstəliklərin yayılmasına şərait yaradır. Bu vəziyyət, Sudanda yaşayan insanların həyatına mənfi təsir edir.