RU

BMT TŞ Livandakı hadisələrlə bağlı iclas keçirəcək

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Livandakı hadisələri müzakirə etmək üçün cümə günü günortadan sonra təcili iclas keçirəcək.

Bu barədə məlumatı “Anadolu” yayıb. 

BMT Təhlükəsizlik Şurasına sədrlik edən Sloveniya Əlcəzairin təcili iclas keçirmək tələbini qəbul etdiyini açıqlayıb.

Müvafiq olaraq, cümə günü saat 22.00-da (yerli vaxtla 15.00) BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçiriləcək.

P.ƏMİRCANOV
XQ

Избранный
9
1
xalqqazeti.az

2Источники