RU

ABŞ-də altıncı nəsil təyyarənin sınaq uçuşları başlayıb

ABŞ altıncı nəsil B-21 Raider strateji stels-bombardmançı təyyarəsinin müntəzəm sınaq uçuşlarına başlayıb.

Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Northrop Grumman” korporasiyasının aviasiya sistemləri idarəsinin rəhbəri Tomas Cons bildirib.

Onun sözlərinə görə, yaxın perspektivdə gündəlik testlər həyata keçiriləcək.

ABŞ Hərbi Hava Qüvvələri 2030-cu illərin əvvəllərinə qədər azı 40 B-21 Raider təyyarəsi alacaq. Korporasiya artıq bu tipli 10 təyyarə istehsal edib. Həm adi, həm də nüvə silahlarını daşıya bilən ilk B-21 Raider təyyarəsinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

Amerika Alimləri Federasiyasının məlumatına görə, altıncı nəsil təyyarə uzaqmənzilli nüvə başlıqlarına malik səkkiz qanadlı raket, yaxud 5 ilə 400 kiloton arasında gücə malik səkkiz nüvə bombası daşımağa qadir olacaq.

“Northrop Grumman” korporasiyası tərəfindən işlənib hazırlanan hər bir B-21bombardmançı təyyarə 772 milyon dollar olaraq qiymətləndirilir.

Избранный
18
2
xezerxeber.az

3Источники