Xorvatiya Respublikası 2024-cü ilin ilk səkkiz ayında Azərbaycandan 1 milyon 5.1 min ton xam neft alıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın Xorvatiyaya satılan xam neftinin dəyəri isə $627 milyon təşkil edib.
Xam neftin miqdarı illik müqayisədə 62%, dəyəri isə 76.4% artıb.
Xam neftin bir tonu keçən ilin ilk səkkiz ayında 571 dollara olduğu halda, bu il bahalaşaraq 624 dollar olub.