İspaniyalı keçmiş qapıçı Santiaqo Kanizares “Real”ın qolkiperi Tibo Kurtua haqda danışıb.
Futbolpress.az xəbər verir ki, sabiq oyunçu belçikalı kiper haqda bunları deyib:
“Kurtua bu günə qədər gördüyüm ən yaxşı qolkiperdir. O, qapıçıların Maradonası, Messisi, Ronaldosudur”.
Kurtua “Real”ın “Ştutqart”la Çempionlar Liqası oyununda (3:1) 6 kritik seyvlə oynayıb.