“Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandasında forma geyinən Mahir Emreli haqda açıqlama verib.Komanda.az xəbər verir ki, Kloze Almaniya təmsilçisinin mətbuat xidmətinə açıqlamasında Emrelinin 90 dəqiqə oynamağa hazır olmadığını deyib:“Mən inanıram ki, Mahir Emreli sonradan meydana çıxsa, fərq yarada bilər. Mahir 90 dəqiqə oynamağa hazır deyil. Amma matça sonra daxil ola bilər”.Azərbaycanlı hücumçu “Ulm” komandasına səfərdə 2:1 hesabı ilə qalib gəldikləri 2-ci Bundesliqanın 5-ci turunun oyununda iştirak ərizəsində yer alıb. “Nürnberq” sentyabrın 21-də “Herta”nı qəbul edəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта