RU

"Bu tarixlərdə doğulan qadınlar xoşbəxt ola bilmir, çünki..." - AÇIQLAMA

İnsanların dünyaya gəldiyi tarixlər onların həyatında mühüm əhəmiyyətə malikdir. Həyatlarında baş verən hadisələr həmin tarixlərlə sıx əlaqəlidir.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri astroloq Dinara Axundova bildirib.

 

“1,10,19,28 tarixlərində doğulanlar erkən nikahlardan qaçmalıdır. Mənəvi, əqli və psixoloji ikişafını və maliyyə müstəqilliyini tamamlayana qədər evlənməməlidirlər. 2, 11, 20, 29 tarixlərində doğulanların həyatlarında təhqirlərə məruz qaldığı, şiddət gördüyü münasibətləri olacaq.

 

3, 12, 21, 30 tarixlərində dünyaya gələn insanların nəsillərindəki qadınlar xoşbəxt ola bilməyib. Onların vəzifəsi bu döngünü bitirmək və nəsildə xoşbəxt ailə həyatı yaşayan ilk qadın olmaqdır.

 

4, 13, 22, 31 tarixlərində doğulanlar ailənin əsl islahatçılarıdır. Onların vəzifəsi ailə stereotiplərini və qaydalarını qurmaqdır.

 

8,17,26 tarixlərində dünyaya göz açanlar nəsillərindəki qadınlara rəsmi nikah olmadan bir yerdə yaşamaq və uşaq sahibi olmaq mövzularında diqqətli olmağı öyrətməyə gəliblər. Onlar ailələrində olan mənfi evlilik təcrübələrini nəzərə alaraq diqqətli olmalıdır.

 

9,18,27 tarixlərində doğulanlar ailələrinin köhnə fikirlərini aradan qaldırmağa çalışanlardır. Onlar daima mənəvi inkişaflarına fokuslanmalıdırlar”.

 

Ülkər Abdurahmanlı

Избранный
27
2
sfera.az

3Источники