RU

"Türkiyənin Ukraynadakı müharibə ilə bağlı vasitəçiliyi qüvvədədir"

Türkiyənin Ukraynadakı müharibə ilə əlaqədar vasitəçiliyi qüvvədədir.

Missiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinin efirində deyib.

"Müharibə artıq Rusiya ərazisinə keçib. Hər gün on minlərlə top mərmisi atılır. Hər iki tərəf qarşı tərəfi təzyiq altında saxlamağa çalışır” - H.Fidan söyləyib.

O bildirib ki, beynəlxalq ictimaiyyət Şərqi Avropada baş verənlərə adekvat münasibət göstərmir. Nazirin sözlərinə görə, ABŞ-dəkı prezident seçkilərindən sonra müzakirələr başlaya bilər: "Mənim başa düşdüyüm budur ki, tərəflər arasında dialoq mexanizmi başlaya bilər. Müharibənin bu formada davam etməsində maraqlı olan qüvvələr də var".

Zərintac MayisqızıMissiya.Az

Избранный
10
3
missiya.az

4Источники