RU

Azərbaycan və Türkiyə Orta Dəhlizlə daha böyük həcmdə yükdaşıma imkanlarını müzakirə edib

Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Türkiyənin Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçınla görüşüb.

ADY-dən İqtisadiyyat.az-a bildirilib ki, tərəflər arasında bu il ikinci dəfə keçirilən görüşdə iki qardaş ölkənin dəmir yolu sahəsində əməkdaşlığının əsas istiqamətləri və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin Bakı–Tbilsi–Qars dəmir yolu xəttinin modernləşdirilməsindən sonra Orta Dəhliz üzrə yükdaşımaların artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə yüklərin Şərqdən Qərbə, eləcə də əks istiqamətdə daşınmasında olduqca böyük rol oynayır və Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə Orta Dəhliz üzrə yükdaşımaların artırılması üçün ortaq addımlar atır.

Избранный
30
6
iqtisadiyyat.az

7Источники