Moskvadakı atışmaya görə Vladislav Bakalçuka cinayət işi açılıb
Dünən Rusiyanın ən böyük onlayn satış şəbəkəsi olan “Wildberries”in ofisində baş verən atışmadan sonra şirkətin qurucularından biri və səhmlərinin 1%-nə sahib olan Vladislav Bakalçuka qarşı cinayət işi açılıb. Yeniavaz.com Rusiya mətbuatına istinadən bidirir ki, Vladislav Bakalçuk 2 nəfərin ölumü ilə nəticələnən atışmanın səbəbkarı kimi saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə), 30-cu maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürməyə cəhd), 317-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb. “Wildberries”in ofisində baş verən atışma ilə bağlı ətraflı məlumatı aşağıdakı keçidə daxil olaraq öyrənə bilərsiniz: