RU

Azot gübrəsindən gəlirlər kəskin artdı - İXRAC İSƏ 2 DƏFƏ YÜKSƏLDİ

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 78,7 milyon dollar dəyərində 361,6 min ton azot gübrəsi ixrac olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Gübrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 36,8 milyon dollar və ya 88%, miqdar ifadəsilə 199,7 min ton və ya 2,2 dəfə artıb..

2023-cü ilin 8 ayında isə Azərbaycandan 41,8 milyon dollar dəyərində 161,9 min ton azot gübrəsi ixrac olunmuşdu.

1 kq azot gübrəsinin orta ixrac qiyməti 2024-cü ilin 8 ayına görə 37 qəpik təşkil edib ki, bu da illik müqayisədə 7 qəpik (16%) ucuzlaşma deməkdir.

Ötən ilin eyni dövründə azot gübrəsi orta ixrac qiyməti  44 qəpik bərabər olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
fed.az

1Источники