Azərbaycan Respublikasının Mərkəzi Bankı Kiçik iqtisadçı vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Struktur bölmənin adı: Maliyyə sektorunun dayanıqlı inkişafı departamenti, Maliyyə sektorunun inkişafı şöbəsi
Hesabatlı olduğu vəzifə: Şöbə rəisi
Vəzifənin funksiyaları:
- Maliyyə sektorunun inkişafı ilə bağlı cari vəziyyətin təhlili, mütərəqqi beynəlxalq praktikanın araşdırılması, mövcud çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq təkliflərin verilməsində iştirak;
- Maliyyə sektorunun inkişaf məsələləri ilə bağlı beynəlxalq təşkilatlar və yerli qurumlardan daxil olan məktub və sorğuların cavablandırılmasında iştirak;
- Maliyyə sektorunun inkişaf strategiyasının icrası üzrə, habelə infrastrukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində təkliflərin verilməsində iştirak;
- Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasında iştirak;
- Şöbənin funksiyaları daxlində müvafiq daxili və xarici yazışmanın təşkili.
Texniki kompetensiyalar:
- Maliyyə bazarları, institutları və alətləri – orta səviyyədə
- Bankçılıq – orta səviyyədə
- Maliyyə sektoru üzrə qanunvericilik – ilkin səviyyədə
- Maliyyə hesabatlığı– ilkin səviyyədə
- Makroiqtisadiyyat – orta səviyyədə
- Statistika və ekonometrika – ilkin səviyyədə
Davranış kompetensiyaları:
- Analitik təhlil etmə
- Ünsiyyət qurma
- İnnovativlik və kreativlik
- Vaxtın idarəedilməsi
Təcrübə:
- Müvafiq sahədə iş təcrübəsi üstünlükdür.
Təhsil:
- Müvafiq sahədə ali təhsil (Maliyyə,İqtisadiyyat və Biznesin idarə edilməsi)
Dil bacarığı:
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (əla səviyyədə)
Kompüter bacarıqları:
- MS Office-Yaxşı səviyyədə
Son müraciət tarixi: 08.10.2024
Müraciət üçün qeyd edilmiş LİNKƏ keçid edəbilərsiniz.