RU

Qəhvə və çay həvəskarlarına şad xəbər - ARAŞDIRMA

Çin və İsveç alimlərinin UK Biobank məlumatlarını araşdırdıqları araşdırma, qəhvə və çayda olan kofeinin ürək sağlamlığı üçün faydalı olduğunu ortaya qoyub.

News24.az xəbər verir ki, araşdırmaya görə, müntəzəm olaraq qəhvə və çay qəbul edən insanlarda hipertoniya, insult, şəkərli diabet və koroner ürək xəstəliyi kimi kardiometabolik pozğunluqların inkişaf riski əhəmiyyətli dərəcədə azalıb.

Konkret olaraq, gündə üç fincan qəhvə və ya beş fincan çay içən iştirakçılar bu xəstəliklərin iki və ya daha çoxunun inkişaf riskini 40 faizdən çox azaldıblar.

Tədqiqata qatılan 300 mindən çox insanın sağlamlıq məlumatları orta hesabla 11 il izlənilib.

Bu müddət ərzində həm qəhvə, həm də çay içən iştirakçılar ürək-damar sağlamlığında onları istehlak etməyənlərə nisbətən daha yaxşı nəticələr əldə ediblər.

Bundan əlavə, kofein istehlak edənlər qan testlərində aşağı xolesterol və yaxşılaşdırılmış insulin müqaviməti əlamətləri göstəriblər.

Nəticə olaraq, bu araşdırma qəhvə və çayın ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynaya biləcəyini göstərib. Bununla belə, bu tapıntıların əlavə araşdırmalarla təsdiqlənməsinə ehtiyac olduğu bildirilib.

Araşdırma The Journal of Clinical Endocrinology & Metabolism jurnalında dərc olunub.

Məryəm İlhamqızı


News24.az

Qaynar xətt: 099 270 77 77

Избранный
39
50
news24.az

10Источники