RU

Kərim Vəliyev İtaliyanın müdafiə naziri ilə hərbi əməkdaşlığı müzakirə edib

 

İtaliyada rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyanın müdafiə naziri Quido Krosetto ilə görüşüb.

Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər ölkələr arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov da iştirak edib.

Избранный
4
24
missiya.az

10Источники