RU

Cənubi Qafqazdakı vəziyyətin dini çərçivədə qarşıdurma kimi qələmə verilməsi narahatlıq doğurur - XİN

Bakı. Trend:

Cənubi Qafqazdakı vəziyyətin dini çərçivədə qarşıdurma kimiqələmə verilməsi narahatlıq doğurur.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi AyxanHacızadə 19 sentyabr 2024-cü il tarixində ABŞ Konqresinin TomLantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrlə bağlıyerli medianın sualına cavabında deyib.

"Azərbaycanın ötən il həyata keçirdiyi antiterror tədbirləribeynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğunolub və Azərbaycan heç vaxt mülki əhalini hədəf almayıb.Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən 30 iləyaxın işğalı və hərbi təcavüzü dövründə azərbaycanlılara qarşıtörədilmiş genişmiqyaslı etnik təmizləmə və qətliamlar, eləcə dəAzərbaycanın dini və mədəni abidələrinin yer üzündən silinməsi isəəksinə, heç vaxt ABŞ Konqresi tərəfindən qınanmayıb. Ermənistandanfərqli olaraq, Azərbaycan dəfələrlə erməniləri və azərbaycanlılarıbirgə yaşamağa və əməkdaşlığa çağırıb və ermənilərin Azərbaycanvətəndaşları kimi bütün hüquq və imtiyazlarla təmin oluna, müdafiəvə təhlükəsizlikdən yararlana biləcəklərinə dair təminat verib.Eyni zamanda, regionumuzdakı vəziyyətin dini çərçivədə qarşıdurmakimi qələmə verilməsi narahatlıq doğurur, bu kimi addımlar sülhquruculuğuna və barışığa zərər vurur", - deyə A.Hacızadəbildirib.

Onun sözlərinə görə, bununla yanaşı, erməni diasporu tərəfindənmaliyyələşdirilən bəzi şəxs və təşkilatların dinləmələr zamanıAzərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səsləndirdiyiiddiaların heç bir əsası yoxdur və rəsmi Bakı bu kimi bəyanatlarıqətiyyətlə pisləyir.

"Həmin şəxs və təşkilatların himayədarlıq etdikləri Ermənistandafundamental insan hüquq və azadlıqlarının pozulması, o cümlədənsiyasi təqiblər nəticəsində həbs olunan şəxslərin həbsxanada həlakolması, siyasətçilərə və onların ailə üzvlərinə qarşı təzyiqhallarına fokuslanması daha məqsədəuyğun olardı", - deyə mətbuatkatibi əlavə edib.

Qeyd edək ki, 19 sentyabr 2024-cü il tarixində ABŞ KonqresininTom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağınsüqutundan sonra Azərbaycanda insan hüquqları” adlı dinləməkeçirilib və çıxış edənlər tərəfindən Azərbaycana qarşı çoxsaylıittihamlar səsləndirilib.

Избранный
56
2
az.trend.az

10Источники