RU

COP29-a həsr olunan Beynəlxalq Seminar keçirilib - VİDEO

UNEC-də Çin Xalq Respublikasının Hebei İqtisadiyyat və Biznes Universiteti (HUEB) ilə birgə "Çin-Azərbaycan yaşıl və aşağı karbon davamlı inkişaf əməkdaşlığı" mövzusunda beynəlxalq seminar təşkil edilib.

QHT.az xəbər verir ki, seminarın açılışında BRI Beynəlxalq Yaşıl İnkişaf Koalisiyasının Baş İnkişaf Direktoru Zhang Jianyu, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elkiyar Ziyadov və UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev çıxış edərək Azərbaycanın COP29-a evsahibliyi hüququ qazanmasının beynəlxalq etimadın göstəricisi olduğunu vurğulayıblar.

Tədbirdə yaşıl iqtisadiyyata keçid və iqlim dəyişiklikləri ilə mübarizə ilə bağlı müxtəlif təqdimatlar olub. Müzakirələrdə Çinin karbon ticarəti sistemi, yaşıl maliyyə siyasəti və ətraf mühit təhsili mövzularında məlumatlar təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
10
qht.az

10Источники