Bu gün «Neftçi»də komandadaxili iclas keçirilib.
Toplantıda Premyer Liqanın ilk 6 turundakı qeyri-kafi nəticələr geniş müzakirə olunub.
Mövsümün geridə qalan bölümündə qələbə qazana bilməyən «ağ-qaralar» vəziyyətdən çıxış yolları axtarıb.
Roman Qriqorçuk yığıncaqda öz qərarını açıqlayıb. Baş məşqçi Emin Mahmudovu kapitanlıq sarğısından məhrum edib.
Ukraynalı çalışdırıcının göstərişinə əsasən, bundan sonra bazubənd Ramil Şeydayevin qolunda olacaq.
“Neftçi” Premyer Liqada 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта