RU

"Bavariya"ya böyük hesabla məğlub olan "Dinamo Zaqreb"in baş məşqçisi istefaya göndərilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xorvatiyanın "Dinamo Zaqreb" komandası baş məşqçisi Sergey Yakiroviçlə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
Buna Zaqreb təmsilçisinin ölkə çempionatında "Hayduk"a 0:1 və UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Almaniyada "Bavariya"ya 2:9 hesablı məğlubiyyətlər səbəb olub.
S.Yakiroviç 2023-cü ilin yayından Zaqreb təmsilçisinə rəhbərlik edirdi.
Qeyd edək ki, "Dinamo" bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (5:0), "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
1
oxu.az

10Источники