RU

Əfsanə Quti komandanın indiki heyəti və Arda Güler haqqında danışıb

"Real Madrid" klubunun əfsanəvi futbolçusu Quti keçmiş komandasının hazırkı heyəti və gənc ulduzu Arda Güler haqqında açıqlama verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Quti komandanın hazırkı heyətindəki oyunçuları yeni dönəmə damğa vuracaq futbolçular adlandırıb.

"Bu heyət "Qalaktikos"dan daha yaxşıdır. Çox yaxşı futbolçular var, az qala hamısı gəncdirlər. "Real Madrid"də bir dönəmə damğa vuracaqlar. Ançelotti Ardaya daha çox oynamaq şansı verir. Çox maraqlı futbolçudur. Əla final ötürmələri olan, qol vuran bir yarımmüdafiəçidir. Güler qarşıdakı bir neçə mövsümdə daha çox ön plana çıxacaq", - deyə Quti bildirib.

Qeyd edək ki, Quti 1995-ci ildən 2010-cu ilədək "Real Madrid" klubunun şərəfini qoruyub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
1
milli.az

2Источники