RU

“Rus rublu” hesabına dolanışıq kəsilir… – “Əvvəl ev tikirdik, maşın alırdıq, indi yeməyə

Rusiyadan fiziki şəxslər bu ilin yanvar-iyun aylarında Azərbaycana 287 milyon 50 min ABŞ dolları pul baratları göndəriblər. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 320 milyon 855 min dollar və ya 52.9 faiz azdır. Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, yanvar-iyul aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 50.6 faiz təşkil edib. 2023-cü ilin ortalarında bu rəqəm 68.2 faiz olub.MB bildirir ki. sentyabrın 18-də Rusiya rublunun məzənnəsi 0.0186 manat təşkil edib, son bir ay ərzində məzənnədə ciddi dəyişiklik olmayıb.2024-cü ilin ilk altı ayı ərzində nağd Rusiya rublu ilə mübadilə əməliyyatların həcminə gəldikdə, alış 3 milyard 866 milyon 467 min, satış isə 1 milyard 177 milyon 667 min rubl təşkil edib.Rusiyada rublun dəyər itirməsi Azərbaycana xaricdən göndərilən pul vəsaitinə necə təsir edib? Azərbaycanda rublun məzənnəsi reallığa söykənirmi?Tovuz sakini Raqif Cəfərov əməkdaşımıza bildirib ki, Rusiyanın bir neçə şəhərində, o cümlədən Vladivatokda ticarətlə məşğul olur.“Əsas işimiz ərzaq məhsullarının topdan satışıdır, habelə digər şəhərlərə də mal göndərir, yaxud qəbul edirik. Son aylarda ərzağın qiyməti o qədər də dəyişməsə də, meyvə-tərəvəz bahalaşıb, əhalinin alıcılıq qabiliyyəti də azalıb. Yerli hakimiyyət qurumlarının, xüsusi ilə polisin biznesə müdaxilələri artıb. Bu da istər-istəməz bizim gəlirlərimizə təsir edir”, – o, qeyd edib.R.Cəfərov Rusiyadan Azərbaycana göndərilən pulların azalmasını təsdiqləyir, amma mediada yayılan məlumatları doğru saymır: “Əlbəttə, əvvəlki kimi qazanc yoxdur, yalnız işini çoxdan qurmuş, evi, obyektləri, əlaqələri olan azərbaycanlılar pul qazana bilirlər. Qalanları günəmuzd işləyir, iş tapa bilməyən, gəlirlə qane olmayan miqrantların çoxu qayıdıb ölkəsinə gedir. Amma Rusiyadan Azərbaycana göstəriləndən daha çox pul gəlir, camaat banklar vasitəsi ilə yox, şəxsi hesablaşma ilə yaxınlarına, ailə üzvlərinə pul göndərir. Bu da nə Rusiyada, nə də Azərbaycanda qeydiyyata düşür”.Həmsöhbətimiz bildirir ki, müharibəyə aparılmaq qorxusu da azərbaycanlıları ciddi narahat edir: “Çünki nəzarət sərtləşdirilib, kimin Rusiya vətəndaşlığı varsa, onlardan hərbi qeydiyyata düşmək tələb olunur. Düşməyənlərin ölkədən deportasiya edilməsinə başlayıblar. Doğrudur, bəzi soydaşlarımız adam tapıb rüşvətlə işlərini yoluna qoya bilir, amma getikcə vəziyyət çətinləşir. Məsələn, mənim tanıdığım bir azərbaycanlının Rusiya pasportunun vaxtı bitmişdi, dəyişməyə getdi, elə oradaca hərbi qeydiyyata saldılar və yaxın günlərdə orduya çağırş göndəriləcəyini bildiriblər. İşi-gücü, ailəsi qalıb orada, bilmirlər neynəsinlər”.Raqif Cəfərov deyir ki, gedişat pisdir, yaxın aylarda azərbaycanlı miqrantların bir çoxu ölkəyə dönməkdən başqa çarə görməyəcəklər: “Hər 1000 rubl burada 17-18 manata dəyişdirilir. Əvvəl 80-90, bəzən 100 min rubl aylığa işləyənlər indi ticarətdə 40-60 minə iş tapa bilmirlər. Hər adam da ticarət edə bilmir, tanışın, dostun biznesində işləyir. Onların vəziyyəti yaxşı deyil, artıq tanıdığım xeyli sayda adam geri dönüb”.Həmsöhbətimiz onu da vurğuladı ki, yaşadığı kənddə əhalinin yarıdan çoxu Rusiyadan gələn vəsaitlərin hesabına dolanır: “İndi dövlətdən pensiya, maaş alanların sayı çox azdı. Əvvəl hamı pensiya düzəltdirmişdi, son illərdə əksəriyyətini kəsiblər, pensiya kimi də bir şey vermirlər. Təsərrüfatla da dolanmaq çətindir, əkdiyin-biçdiyin pula getmir, mal-heyvan saxlamağa şərait yoxdur. Rusiyadan gələn pullar hesabına camata ev tikib, uşaq evləndirib, maşın alıb. İndi bunlar keçmiş dövrdə qalıb. Kimin evinə 10-15 min rubl gəlir, onu da yeməyə, geyimə xərcləyir. Onu bilirəm ki, Rusiya dağılsa, ondan qabaq biz acından batacağıq”.İqtisadçı Rəşad Həsənov deyir ki, Azərbaycanda müəyyən bölgələrdə yaşayan əhalinin gəlirlərinin formalaşmasında Rusiya iqtisadiyyatının təsirləri daha çoxdur: “Cənub-qərb və şimal bölgələrində bu istiqamətdə meyllik daha güclüdür. Lənkəran iqtisadi regionunun bölgələrində bu göstərici 10 faizdir. Yəni, hər 100 manat gəlirin 10 manatı göndərişlər hesabına formalaşır. Amma reallıqda vəziyyət daha çətindir. Şirvanda isə bu rəqəm cəmi 1 faizdir. Bu aspektdən baxanda Rusiyada baş verənlərin Azərbaycanın fərqli regionlarında fərqli təsirləri müşahidə olunur”, – o, bildirib.Onun sözlərinə görə, ümumilikdə götürəndə Rusiyanın tənəzzülü bu ölkədə yaşayan 1 milyondan artıq azərbaycanlı miqrantın imkanlarını məhdudlaşdırır: “Bu da istənilən halda, ölkədə məcmu tələbinin aşağı düşməsinə, sosial mühitinin daha da pisləşməsinə, yoxsullaşma meylilərin güclənməsinə gətirib çıxarır”./azpolitika.info














Paylaş:

Избранный
22
3
regionxeberlericom.az

4Источники