RU

Britaniya ermənilərə OD qoydu, səfirlik işə qarışdı – Skandal

Musavat.com xəbər verir ki, Böyük Britaniyanın erməni icması bu ölkənin xarici işlər naziri David Lammy üzərinə total hücuma keçib.

Xatırladaq: Birləşmiş Krallığın xarici işlər, Millətlər Birliyi və inkişaf məsələləri üzrə Dövlət katibi (xarici işlər naziri – red.) David Lammy “Substack” platformasında nəşr olunan məqaləsində Azərbaycanın 90-cı illərin əvvəlində itirdiyi torpaqları azad etməsindən də bəhs edib.
Musavat.com xəbər verir ki, onun bu açıqlaması Britaniyadakı Ermənistan səfirliyi və erməni icması, eləcə də ümumilikdə ermənipərəst qüvvələri qəti şəkildə məyus edib.

Britaniya mediası Ermənistanın Britaniyadakı səfirliyinin Britaniya XİN-dən bu barədə açıqlama tələb etdiyini yazır. Sosial şəbəkələrdə erməni icmasının fəalları David Lammy-yə qarşı fəal kampaniyaya başlayıb. Dövlət katibinin Azərbaycanın mövqeyinə uyğun ifadədən istifadə etməsi ilə heç cür barışmayan ermənilər irqçilik əsasında David Lammy-nin ünvanına şəxsi yönümlü mənfi şərh və fikirlər yazır, onun istefasını tələb edirlər.

Maraqlısı odur ki, bu kampaniyaya Britaniyada 4 iyul 2024-cü ildə keçirilmiş parlament seçkilərində uduzmuş Mühafizəkar partiyasının hökumətdə tutduqları mövqedən uzaq düşmüş bəzi nümayəndələri də qoşulub. Leyborist hökumətinin xarici siyasət kursunu tənqid etməklə aktuallığını qorumağa çalışan bu cür siyasətçilərdən biri də Mühafizəkar hökumətində parlamentin İcmalar Palatasında xarici əlaqələr komitəsinin sədri vəzifəsini tutmuş, hazırda isə kölgə Avropa naziri Alicia Kearns-dür. Adıçəkilən deputat X sosial şəbəkəsində D.Lammy-nin müvafiq məqaləsindəki fikirləri tənqid etməkdə və açıqlama tələb etməkdədir. Onun şərhlərində açıq-aydın Ermənistanın mövqeyinə üstünlük verməsi X postlarını konkret olaraq Ermənistan səfirliyinin təzyiqləri əsasında yazdığını deməyə imkan verir.

Görünür Birləşmiş Krallığın yeni dövlət katibi Azərbaycanın müstəqil siyasət yürüdən suveren dövlət olduğunun, Ermənistanın isə özünü Qərbpərəst göstərmək səylərinə baxmayaraq hələ də siyasi müstəqilləyinin olmadığını yaxşı başa düşür. Ümid edirik ki, Birləşmiş Krallığın bu yanaşması digər Avropa ölkələrinə də nümunə olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
1
tribunainfo.az

10Источники