Uilyam Salibi karyerasını İspaniyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Arsenal"ın müdafiəçisi ilə "Real" yaxından maraqlanır. Məlumatı "The İndependent" yayıb.

İnformasiyaya görə, Madrid təmsilçisi 2025-ci ilin yayında 23 yaşlı futbolçunu transfer etmək istəyir.

Qeyd edək ki, 80 milyon avro qiyməti olan Salibanın London təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi var.