RU

Ödəniş terminallarında niyə komissiya haqqı TUTULUR? – RƏSMİ AÇIQLAMA

Sentyabr ayının əvvəlindən ödəniş terminallarından istiffadə edən müştərilərdən əlavə komissiya haqqı tutulmasına başlanılıb. 

Konkret desək, "MilliÖn", "E-manat" kimi aparatlar sentyabr ayından ödənilən kreditlərdən bir faiz xidmət haqqı tutur. Məsələn, 400 manat kredit ödəyirsinizsə, 4 manatını "MilliÖn" avtomatik çıxır. Bunu da qəbzdə göstərmir. Bu isə ictimaiyyətdə ciddi narazılıq yaradıb. İnsanlar bu barədə məlumatsız olduqlarını, amma əməliyyatlar zamanı onlardan əlavə komissiya haqqı tutulduğunu bildirirlər. 

Bizim.Media məsələni aydınlaşdırıb. "MilliÖn"ün abunə şöbəsinin rəhbəri Ülviyyə Əfəndiyeva Bizim.Media-ya açıqlamasında məsələni təsdiqləyib. O, deyib ki, sentyabrın əvvəlindən ödənişlərdə 1 faiz komissiya tutulmasına başlanılıb: 

“Sentyabrın əvvəlindən banklar tərəfindən komissiya haqqının tutulması ilə bağlı qərar verilib. Bu da kredit ödənişlərinə aiddir. Komissiyanın tutulacağı ilə bağlı terminalların monitorlarında məlumat əks olunur”. 

Ülviyyə Əfəndiyevanın sözlərinə görə təkcə “MilliÖn” terminallarında yox, digər bütün ödəniş aparatlarında da  komissiya tutulmasına başlanılıb:

“İnsanların etirazı anlaşılandır, amma bu qərarın verilməsi bizdən asılı deyil, bankların tələbidir”.

Ödəniş zamanı tutulan komissiya barədə qəbzdə məlumatın öz əksini tapmasına gəlincə, Ülviyyə Əfəndiyeva qərar yeni olduğu üçün texniki məsələlərin bir az vaxt ala biləcəyini söyləyib. 

Nuray, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
bizim.media

1Источники