RU

8 ayda 184 122 gənc müxtəlif məşğulluq tədbirlərinə cəlb olunub » AzadMedia.az


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin aktiv məşğuluq tədbirlərinin hədəflərindən biri də gənclərin məşğulluğu, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsidir.

Agentlik tərəfindən cari ilin 8 ayında 184 122 gənc müxtəlif məşğulluq tədbirlərinə cəlb olunub.

Onlardan 39 427 gənc münasib işlərlə təmin edilib, 1048 gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb.

Digər bir istiqamət olaraq 5647 gənc əmək bazarının aktual istiqamətləri üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Əsasən gənclərdən ibarət 138 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
5
azadmedia.az

6Источники