RU

Azərbaycan şirkəti Rusiyaya ting ixrac edəcək

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC bu ilin sonu-gələn ilin əvvəlində Rusiyaya ilk dəfə olaraq ting ixrac edəcək.

FED.az xəbər verir ki, bunu MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.

Onun sözlərinə görə, artıq Dağıstanda 55 ha bağın qurulması üçün özəl şirkətlə ilk müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq, Dağıstana təxminən 60 min ədəd alma, armud, nektarin, gilas, şaftalı, xurma tingi ixrac ediləcək. Şirkət Dağıstana ümumilikdə 100-150 min ədəd ting ixrac etməyi planlaşdırır. ( Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
1
fed.az

2Источники