RU

"Azercell" “Neftçilər Günü"nə həsr olunmuş video hazırlayıb 

Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasından  30 il ötür. Müqavilənin imzalandığı tarix həm də Azərbaycanda neft-qaz sənayesi işçilərinin peşə bayramı – "Neftçilər Günü" kimi qeyd olunur.  

"Unikal" xəbər verir ki, bu əlamətdar gün münasibətilə "Azercell" Azərbaycanın müasir neft sənayesinin əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə həsr olunmuş videonu təqdim edir. 

Neftçilərimizin fədakarlığını və zəhmətini əks etdirən bu video ölkənin enerji sektorunun formalaşmasında və firavan gələcəyinin təmin edilməsində “qara qızıl”ın xüsusi rolunu vurğulayır. Video həmçinin “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın inkişafı üçün açılan yeni imkanlar və dünyanın iri neft şirkətləri ilə tərəfdaşlıq münasibətlərindən bəhs edir. 

Əzmkarlığı ilə seçilən neft-qaz sənayesi işçilərini peşə bayramları münasibətilə təbrik edirik! Peşəkarlığınız ilə Azərbaycanın tərəqqisinə və dünya enerji arenasında nüfuzunun artmasına verdiyiniz töhfə əvəzsizdir!

“Neftçilər Günü"nə həsr olunmuş videonu "Azercell"in rəsmi “Youtube” hesabından izləmək mümkündür.


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
39
unikal.az

10Источники