RU

Birinci Dünya Müharibəsində 524 nəfərin batdığı gəmi tapılıb

Şotlandiya sahillərində I Dünya Müharibəsində batdığı güman edilən 500-dən çox insanın olduğu gəmi tapılıb. Son dərəcə yaxşı vəziyyətdə olan gəmi 100 ildir dənizin dibində idi.

Medianews.az AZƏRTAC-a istinadla xəbər verir ki, uzunluğu 118 metr və eni 18 metr olan “HMS Hawke” ilk dəfə 1891-ci ildə buraxılıb. Britaniya Kral Donanmasına aid olan gəmi uzun illər xidmət etmiş, lakin I Dünya Müharibəsi zamanı ömrünü başa vurmuşdu.

Gəmi 1914-cü il oktyabrın 15-də torpedo ilə vurulub. Partlayışdan 70 nəfər sağ çıxa bilsə də, gəmidə olan digər 524 nəfər xilas ola bilməyib. Şotlandiya sularında batan gəmilərin axtarışı ilə məşğul olan “Lost in Waters Deep” təşkilatı avqustun 12-də verdiyi açıqlamada nəhayət “HMS Hawke”i tapdıqlarını açıqlayıblar.

Dağıntıları müəyyənləşdirmək üçün “Lost in Waters Deep” təşkilatı ilk olaraq sualtı qayıq komandirinin gündəliyini araşdıraraq torpedonun nə vaxt atıldığını anlamağa çalışıb. Daha sonra gəminin harada batdığını müəyyən etmək üçün Kral Donanmasının qeydlərinə baxıblar.

Dalğıc Stiv Mortimer bildirib ki, tədqiqat illər çəkdi, lakin bu sahədə cəmi bir neçə saat sərf edildi: “Səthin 110 metr altında aşkar edilən gəmi son dərəcə yaxşı vəziyyətdədir. Arxa tərəfdə kapitanın getməsi üçün böyük bir yol var. Bu, döyüş gəmisində silahlar hələ də işləkdir, o qədər yaxşı cilalanıb ki, inanılmazdır”.

Kral Hərbi Dəniz Qüvvələrinin yaxın həftələrdə qəzaya uğrayanları rəsmi olaraq müəyyən edəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
8
medianews.az

9Источники