RU

Zəngilan rayonunun Ağalı kəndində əhali üçün tibbi xidmətlər göstərilib  

Zəngilan Zəngilan rayonunun Ağalı kəndində əhali üçün tibbi xidmətlər göstərilib

Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramı çərçivəsində Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti Zəngilan rayonunun Ağalı kəndində əhali üçün tibbi xidmətlər göstərib.

Bu barədə E-saglam.az-a nazirlikdən məlumat verilib.

İnstrumental-diaqnostik müayinələr İnstitutun xüsusi təchiz olunan Səyyar klinikasında aparılıb. Tibbi avadanlıqların tam dəsti ilə təchiz edilən klinikalar modul avadanlıq konsepsiyası sayəsində mobil təcrübə müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Belə ki, bu klinikalar ucqar ərazilərdə yaşayan əhali üçün müxtəlif diaqnostik prosedurlardan başlayaraq, ilkin tibbi yardım göstərməyə qədər istifadə edilir.

Aksiya zamanı ETAXI-nin pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, şüa-diaqnostika həkimi, rentgenoloq və laboratoriya həkimi tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək, ağciyərin flüoroqrafiyası, elektrokardioqrafiya, exokardioqrafiya, USM müayinəsi, spirometriya və qan qazının öyrənilməsi həyata keçirilib.

Həmçinin vərəm üçün (bəlğəm analizi və latent vərəm infeksiyasının diaqnostikası üçün dəri testləri) ixtisaslaşdırılmış müayinələr aparılıb.

Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

E-saglam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
13
e-saglam.az

10Источники