Bu gün Misli Premyer Liqasında VII tura start verilir. 

Offsideplus.az xəbər verir ki, ilk gündə 2 qarşılaşma keçiriləcək.

Tovuzda "Kəpəz" "Şamaxı" ilə qarşılaşacaq. Gəncəlilər çempionatda ilk xalını qazanmaq niyyətindədir. Şamaxılılar isə autsayderlər qrupunda rəqibini məğlub etmək istəyir.

Günün və turun əsas matçı Bakıda keçiriləcək. "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Azərbaycan derbisində ağdamlılar növbəti 3 xalını qazanmaq niyyətindədir. Roman Qriqorçuku komandası isə "köhlən atlılar"la görüşdə ilk qələbəsini qazanmaq arzusundadır.

Misli Premyer Liqası

VII tur

20 sentyabr

17:00. “Kəpəz” – “Şamaxı” 0:2

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.

VAR: Rauf Cabarov.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.

VAR: İnqilab Məmmədov.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

"Azərsun Arena"