RU

Yalı Çapkını serialının çəkildiyi malikanə satışa çıxarıldı – ŞOK MƏBLƏĞ

Mert Ramazan Demir və Afra Saraçoğlunun baş rollarda çəkildiyi “Yalı Çapkını” serialında istifadə olunan Sakıp Sabancı Köşkü satışa çıxarılıb.

Medianews.az xəbər verir ki, köşk 1 milyard 250 milyon lirəyə satışa çıxarılıb.

Sarıyer qəzetində yer alan xəbərə görə, Sabancı ailəsinə məxsus iki il əvvəl 600 min lirəyə kirayə verilən malikanənin gəliri əlillərin xeyrinə istifadə edilir. Boğazın ən dəbdəbəli malikanələrindən biri olan Sakıp Sabancı Köşkü 1 milyard 250 milyon lirəyə daşınmaz əmlak saytında satışa çıxarılıb. Ümumi sahəsi 1985 kvadratmetr, xalis sahəsi 1670 kvadratmetr olan malikanəni kimin alacağı və yeni sahibinin seriallarda istifadəsinə icazə verib-verməyəcəyi maraq doğurur.

Medianews.az

Yalı

Yalı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
2
medianews.az

10Источники