RU

MAQATE Konfransı Rusiyaya Zaporojye AES-i dərhal Ukraynanın nəzarətinə qaytarmağa çağırış edib

"Rusiya dünyada atom elektrik stansiyaları oğurlayan yeganə terrorçu rejimdir..."
 
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransı sentyabrın 20-də 68-ci sessiyası zamanı Ukrayna üzrə qəbul etdiyi qətnamədə rusiyalı işğalçılara Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisini tərk etməyə çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri məlumat yayıb.
 
"Ukraynada nüvə təhlükəsizliyi, müdafiə və zəmanətlər" adlı qətnamənin həmmüəllifləri qismində 52 ölkə çıxış edib. Sənəd 65 ölkə tərəfindən dəstəklənib, 8 ölkə əleyhinə çıxıb, 33 ölkə bitərəf qalıb. Bu barədə Polşa nümayəndə heyəti məlumat verib.
 
Sənəd müəllifləri Rusiyanın Ukraynanın nüvə obyektlərinə qarşı hərəkətlərə son qoymaq barədə əvvəlki çağırışları icra etməməsindən və öz personalını və hərbi qulluqçularını Zaporojye AES ərazisindən çıxarmamasından "ciddi narahatlığını" ifadə edib. 
 
Onlar vurğulayıb ki, Zaporojye AES daxil olmaqla Ukraynanın atom elektrik stansiyaları Ukraynanın tam nəzarəti altında işləməlidir və bütün "sanksiyalaşdırılmayan hərbi və digər personalın Zaporojye AES ərazisindən çıxarmağa və stansiyaya tam nəzarəti Ukraynanın səlahiyyətli orqanlarına dərhal qaytarmağa çağırış edib".
 
"İkinci il dalbadal qətnamələrin qəbulu Zaporojye AES-i tərk etmək və onu Ukraynaya qaytarmaq məqsədilə Rusiyaya fasiləsiz  beynəlxalq təzyiqi dəqiq nümayiş etdirir", - Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlarda nümayəndəliyi bu qərarı  şərh edib.
 
Ukrayna prezidenti Vladimir Zelenski MAQATE Konfransına qəbul edilən qərara görə minnətdarlıq edib.
 
"Rusiya dünyada Avropada ən böyük AES olan atom elektrik stansiyasını oğurlayan yeganə terrorçu rejimdir, onu hərbi bazaya çevirib və qitəmizi və sülhü nüvə şantajına məruz qoymaqda davam edir. Ona görə də nüvə təhlükəsizliyi sülh düsturunun birinci bəndidir.
 
Bu, sülh sammitinin ilk günündən gündəlikdə duran mövzulardan biri olub. Mən MAQATE-nin Baş Konfransının bugünkü qətnaməsinin bu mühüm səylərə kömək etdiyini görməkdən şadam", - Zelenski "X" şəbəkəsində yazıb.
 
O, vurğulayıb ki, yalnız kollektiv qətiyyət və prinsipial hərəkətlərlə təcavüzkarı şantaj və terrora son qoymağa vadar etmək olar.
Избранный
75
7
moderator.az

10Источники