RU

Ötən gün 1 avtomat silahı və 3 tüfəng təhvil götürülüb - DİN

Bakı. Trend:

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi iləbağlı polis əməkdaşları profilaktiki tədbirləri davam etdirir.

Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuatxidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 24-də polis əməkdaşları paytaxt vərespublikanın rayonlarında 1 avtomat silahı, 2 tüfəng, 1 patrondarağı və 30 müxtəlif çaplı patron təhvil götürüblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri iləqanunsuz saxlanılan 1 tapança, 1 tüfəng və 1 patron darağı aşkaredilərək götürülüb.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi iləbağlı profilaktik tədbirlər davam edir.

Избранный
81
16
az.trend.az

10Источники