RU

Yaponiyada düyü qıtlığı başlayıb: Səbəb turistlərin “suşi”yə olan sevgisidir

Yaponiyada düyü ehtiyatları son 20 ilin ən aşağı səviyyəsinə düşüb və qiymətlər artıb. Qıtlığın səbəbi kimi turistlərin sayının artması və suşiyə maraq önə çıxır.

Editor.az xəbər verir ki, Yaponiyada pis hava şəraiti, turistlərin sayının artması və təbii fəlakətlərə hazırlıq səbəbiylə düyüyə tələbat sürətlə artarkən piştaxtalar boşaldılıb və ehtiyatlar son 20 ilin ən aşağı səviyyəsinə düşüb.

Qıtlığın ən əhəmiyyətli səbəbinin turist sayındakı artım olduğu göstərilir. Avqust ayında Yaponiyaya səfər edən turistlər suşi və digər düyü əsaslı yeməklərə tələbatı artırıb. 2023-cü ilin iyulundan 2024-cü ilin iyununa qədər turistlərin istehlak etdiyi düyü miqdarı 51 min tona yüksəlib. Yaponiyada düyü qiymətləri avqustda 3 faiz artaraq 60 kiloqram üçün 16 133 yenaya (112,67 dollar) çatıb. İyun ayında Yaponiyada düyü ehtiyatları 1,56 milyon ton ilə tarixi minimum səviyyəyə çatsa da, turist tələbatı qida xidmətlərinə ehtiyacı da artırıb.

//Gülnarə Abasova, Editor.az

Избранный
86
19
editor.az

10Источники