Hansı fənlər tədrisdən çıxarılmalıdır?Elə yazının əsas xəttini, başlıca mətləbini ən birinci cümlə kimi də qeyd edək: Orta məktəblərdə Texnologiya, Musiqi və Təsviri incəsənət kimi fənlərin tədrisinə ehtiyac yoxdur. Onsuz da həftədə yalnız 1 saat tədris olunan və müəllimlərin bir qisminin belə motivasiyasız yanaşdığı bu fənlərə şagirdlərin münasibəti formaldır.Hörmətli oxucunun bu cümləyə münasibəti təbii ki, birmənalı olmayacaq. Elə isə yazının əsas təhlil və təklif hissəsinə keçək:Əvvələ onu qeyd edək ki, hər hansı fənnin tədrisdən tamamilə çıxarılmasının qəti tərəfdarı deyilik. Bu, ən azından, həmin predmeti tədris edən çoxsaylı müəllim kütləsinə qarşı haqsızlıq olar. Amma iki təklifi elə yazının əvvəlindəcə təqdim etmək tam yerinə düşər: birincisi, hazırda dünyanın bir çox ölkələrində, xüsusən də Britaniya təcrübəsində bir neçə fənnin birləşdirilərək konkret bir predmet şəklində tədrisi nümunəsi var. Məsələn, Britaniya məktəblərində təbiətyönümlü fənlər: biologiya, kimya, fizika və coğrafiya artıq ayrı-ayrı deyil, konkret bir fənn, bir dərslik şəklində tədris olunur. Qısası, fənlərin inteqrasiyası məsələsi artıq son bir neçə ildə dünya təhsil sistemində daha da sürətlənib və proses artan xətt üzrə də davam edir. Odur ki, bu prosesin bizdə də start götürməsi o qədər də yanlış addım olmaz. Ən azından, pilot olaraq, bu layihəyə başlamalı, monitorinqlər nəticəsində effektivlik dərəcəsini müəyyən etməli və məhz buna görə konkret addım atmaq mümkündür. Adını çəkdiyimiz hər üç predmet əsas fənn bloku kimi tədrisdən yığışdırılsa da, onların fəaliyyətini yenidən davam etdirmələri və öz kurrikulum prinsipləri əsasında şagirdlərə müsbət təsirlərini davam etdirməkdən “Həyat bilgisi” fənninə birləşdirilməsi çox müsbət hadisə kimi səciyyələndirilə bilər. Bu zaman I-XI siniflərdə tədris edilən “Həyat bilgisi” fənninin proqramı daha da zənginləşər, həm də bu 3 predmetin müəllimləri xüsusi kurs keçdikdən sonra “Həyat bilgisi” kurrikulumu üzrə dərsləri aparmış olarlar. Bu, onların dərs saatlarına da müsbət təsir etməklə, əmək haqqılarına da cüzi şəkildə də olsa təsir göstərər.İkinci bir təklif isə həmin fənlərin fakültətiv fənlər kimi tədrisi məsələsidir. Fakültətiv fənlər əsas fənn bloklarından fərqli olaraq şagirdlər üçün icbari deyil, könüllü xarakter daşıyır və dərsdənkənar öyrənim prosesi olaraq onların seçiminə əsaslanır. Bu zaman biz seçimi şagidlərin ixtiyarına buraxmaqla həqiqətən də Texnologiya, Musiqi və Təsviri incəsənət fənlərinə olan real maraq və münasibəti aydınlaşdıra biləcək, bu seçimlər əsasında şagirdlərin formalaşmış maraq dairələrindən xəbərdar olmuş olacağıq. Məhz bu amil şagirdlərin sonrakı karyera inkişaf mərhələsində, özünü təsdiq edəcək profili tapma aşamasında çox gərəkli olacaqdır.İndiki halda isə şagirdlərimizin çox təəssüf olsun ki, hər üç predmete maraq və münasibəti həddindən artıq formaldır.Tədrisi mütləq olan fənlərTəhsilimizdən danışarkən, çox zaman neqativ fikirlər səsləndirir və az halda arqumentlərə varırıq. Təbii ki, neqativliyi yaradan bir çox səbəblər var və onlara ən azından bu yazıda toxunmaq fikrində deyilik. Problemin həll yollarından biri də tədris mühitinin rəngarəngliyini yaratmaqdır. Şagirdlərimizin məktəbə münasibətinin bir çox hallarda zəif olmasının səbəbi onların məktəb mühitində darıxmalalarıdır. Biz şagirdlərimizi xoşbəxt görə bilmirik. Onlar tədris prosesindən zövq ala və aldıqları nəzəri-təcrübi biliyi özləri üçün həyati tətbiq amilinə çevirə bilmirlər... Bu isə çox böyük çatışmazlıqdır.İstər klassik, istərsə də dövrün tələbinə uyğun şəkildə yeni tədris olunmalı olan fənlər təkcə akademik yüklənmə funksiyası daşımamalı, o cümlədən, şagird zehni üçün çatımlılıq yaradıb orada işıq yandırmalıdır.Bu məntiqdən yola çıxaraq orta məktəblərdə tədrisi vacib sayılmalı bir neçə predmeti qeyd edək:Şahmat- Bugün orta məktəblərimizdə şahmatın ayrıca fənn kimi tədrisi çox vacibdir! Doğrudur, bir çox məktəblərdə dərsdənkənar əlavə məşğələ kimi keçirilir və könüllü xarakter daşıyır. Amma gələcəyin təfəkkürlü şəxsiyətinə yönəlik təhsili düşünürüksə, şahmat fənni heç olmasa həftədə bir dəfə əsas fənn kimi tədris olunmalıdır. Amma necə:1)Tam olaraq peşəkar şahmat məktəblərində olduğu kimi deyil, analizetmə, qərarqəbuletmə, situasiyadan çıxış elementlərinin nəzəri izahı kimi;2) Zəka dünyasına yolçuluq kimi -onsuz da dərs yükü ağır olan uşaqlar üçün əyləncəli və maraqlı olmalıdır;3)Şagirdi manevr və sistemli hərəkətə öyrədən alqoritm kimi..4) Hazırlanacaq dərs vəsaitində də bu amillərin nəzərə alınması DÜŞÜNƏN ŞAGİRDİ cəmiyyətə daha tez qazandıracaqTəəssüf ki, bu gün məktəblərə yalnız universitetə qəbul prosesinə hazırlıq dövrü kimi yanaşılır. Şagird sanki ancaq və ancaq ona görə məktəbə gəlir ki, universitetə daxil olsun. Məktəb fərdi şəxsiyyətə çevirən, insanı gələcəkdə şəxsiyyət kimi yetişdirən formulları üzə çıxaran bir tədris, tərbiyə, ən əsası özünüdərk məkanıdır. Bu gün həm də ona görə məktəbdən qaçırıq ki, o bizi analitik məlumatlarla yükləyir. Məktəb özünü sevdirə bilmir, nüfuzunu itirib, formal bir müəssisəyə çevrilib. Şahmat və onun kimi bir neçə predmetin tədrisi isə şagirdlərdə özünəinamı, fərqli təfəkkür çalarlarını üzə çıxarmış olacaq.Şagirdlərə keçirilən şahmat dərsi şagirdin şüuraltında öz sözünü deyəcək. Məktəblərdə şahmat şüuraltı mexanizm, intellektin şüuraltı xidmətçisi kimi çıxış etməlidir. Bunu klassik şahmat dərslərindən fərqləndirməliyik. Akademik, qəliz üslubda tədrisə ehtiyac yoxdur. Kifayət qədər əyləncəli, maraqlı şəkildə keçirilə bilər. Burada yarışa çıxacaq insan deyil, daha məntqili, manevr qabiliyyətli, strateji düşünmə bacarığına sahib insan yetişdirmək üçün şahmatdan istifadə etməliyik.Əgər belə bir addım atılacaqsa, təbii ki, ilk növbədə şagirdlər üçün ayrıca dərslik hazırlanmalıdır. Hazırlanacaq dərslikdə də bu xətt izlənilməlidir. Şahmatla bağlı bir çox əsərlər və filmlər var. Həmin dərslikdə bunlar öz əksini tapmalıdır. Bununla bağlı analitik məqalələr, şahmatın fəlsəfəsi, strateji tərəfləri vurğulanmalıdır. Şahmat və diplomatik təfəkkür, şahmat və intellektual təfəkkür, şahmat və İT məsələlərinə yer verilməlidir. Bundan qazanan təhsilimiz və cəmiyyətimiz olacaq.Media savadlılığı dərsi – Əvvəlcə qeyd edək ki, ad bizdə yanılqı yaratmamalıdır. Media savadlılığı demək, jurnalistika, sözün birbaşa mənasındakı media kimi anlaşılmamalıdır. Bu predmet informasiya xaosunda, hər gün milyardlarla informasiyaların axın etdiyi dövrdə onunla necə davranmaq və təsirləri haqqında bilgiləri başa düşülməlidir.İstər UNESCO-nun sənədlərində, istərsə də dünyada təhsillə bağlı gələcək strateji hədəflərdə bir neçə prioritet istiqamətlər var. Burada aparılan tədqiqatlara əsasən uşaqlarda müasir dünya və gələcək naminə səriştələrin formalaşması, onların şəxsiyyətyönümlü insan kimi yetişdirilməsilə bağlı bir neçə istiqamətin əhəmiyyəti vurğulanır. Bura daxildir: mədəniyyətlərarası kommunikasiya, rəqəmsal bacarıqlar, kritik düşüncə, innovativlik, adaptivlik. Bunların hamısı orta məktəblərdə tədrisi vacib olan və təhsildə səriştə meyarının inkişafına gətirib çıxaran şərtlərdir. Bizim təhsil sistemində isə bunlar arasından sadəcə rəqəmsal bacarıqların tədrisi tətbiq edilir. Amma hesab edirəm ki, ən vacibi media savadlılığının tədrisidir. Təsadüfi deyil ki, hazırda UNESCO, NATO, Avropa İttifaqının sənədlərində media savadlılığı təhslinin çox vacib olduğu vurğulanır.Media savadlılığını informasiya axını və mənbələri ilə qarşılıqlı əlaqə qurma, axtarış aparma, təhlil etmə, tənqidi qiymətləndirmə və media mətnləri yaratmaq qabiliyyəti kimi də anlaya bilərik. Görün, media savadlılığı özündə nə qədər detalı əks etdirir. UNESCO-nun sənədlərində media təhsilinin əsas funksiyası insan hüquqlarının dəstəklənməsi, şagirdlərin sülh, ədalət, azadlıq ruhunda formalaşması kimi göstərilir.Media dedikdə sadəcə informasiya ilə işləyən kəsimi nəzərdə tutmamalıyıq. Bu gün əlində mobil telefon olan hər kəs media subyektidir. Şagird gələcəkdə milyonlarla informasiya axınında özünü şəxsiyyət kimi formalaşdırmalıdır. Bu zamanda həyati tətbiq əhəmiyyəti olmayan fənlər heç kimə lazım deyil. Azərbaycanda gələcəyin fənləri məhz bunlardır, media savadlılığıdır. Avropada artıq tətbiq edilir.XXI əsrdə media təhsili dedikdə mətbuatla ünsiyyətin formalaşması ilə yanaşı, şagirddə kritik düşüncə, yaradıcı və kommunikativ bacarıqların inkişafı media mətnlərinin təhlili kimi bacarıqların formalaşması nəzərdə tutulur. Media savadlılığının fənn olaraq məktəblərdə tətbiqi gələcək üçün şəxsiyyətin yetişdirilməsində vacib amildir. Bunun Azərbaycanda olması nəinki vacibdir, biz hətta bunda gecikmişik. Doğrudur, resurs və kadr çatışmazlığı var. Amma rəqəmsal bacarıqların tətbiqinə başlayan zaman da bu problemlər vardı. Bu fənnin tədrisi istiqamətində müəyyən addımlar atılmalıdır”.Süni intellekt – Bu predmetin ayrıca fənn kimi tədrisinə isə sadəcə olaraq gecikirik. Hazırda ölkədə fəaliyyət göstərən müxtəlif STEAM mərkəzləri var ki, onların əsas məqsədi süni intellekt üzərində işlərdir. Lakin sırf süni intellekt dərsləri məktəblərimizdə keçilmir. İnformatika fənni özü belə bir neçə il olar ki, normal bir predmet kimi məktəblərimizdə qəbul olunub. STEAM tədris mərkəzlərində süni intellekt meyarları həyatı tətbiq bacarıqları üzərində şagirdlərə daha yaxşı çatdırılmalıdır. Ali təhsil müəssisələrində isə bu gün birinci ixtisas qrupu üzrə Rİ alt qrupundan imtahan verənlər İT əsaslı ixtisasları seçə bilirlər. Burada informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri, proseslərin avtomatlaşdırılması kimi istiqamətlər daxildir. Bir neçə universitetdə robotexnika ixtisası var. Robotexnika bakalavr səviyyəsində artmalıdır. İT əsaslı ixtisasların tədris olunduğu bütün universitetlərdə artıq robotexnika olmalıdır. Süni intellekt isə sadəcə magistr və MBA pilləri üzrə var. Fikrimcə, bu da artmalıdır. Biz həm orta, həm də ali məktəb səviyyəsi üzrə bu istiqamətlərdə uğurla hərəkət etməyi bacarmalıyıq.Elmin NuriTəhsil məsələləri üzrə tədqiqatçı
Facebook-da paylaş
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта