RU

Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq İSTƏYİR

Türkiyə MT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü olmaq istəyir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı məsciddə cümə namazından sonra açıqlama verib. O, rəsmi Ankaranın bu statusu almağa çalışdığını deyib.

 

“Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmağa çalışır, lakin hələlik bununla bağlı heç bir nəticə əldə etməyib”, - o bildirib. Ərdoğan, həmçinin qeyd edib ki, TŞ-nin hazırkı daimi üzvləri Türkiyənin bu istiqamətdə göstərdiyi səylərə dəstək vermir.

 

Qeyd edək ki, Təhlükəsizlik Şurası BMT-nin daimi fəaliyyət göstərən ali orqanıdır. QurumunBMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır.

 

Təhlükəsizlik Şurasının 15 üzvü var. Onlardan 5-i daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) üzvlərdir. Qalanı 10-u isə 2 il müddətinə seçilən qeyri-daimi üzvlərdir. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. Beş daimi üzvün hamısı veto hüququna malikdir, bu da onlardan hər hansı birinin beynəlxalq dəstək səviyyəsindən asılı olmayaraq Şuranın hər hansı bir həlledici qərarının qəbul edilməsinin qarşısını almağa imkan verir.

 

24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

 

Modern.az-a danışan türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, Türkiyə BMT-nin ilk müsəlman ölkəsidir:

 

"BMT-də qərar verən beşlik var. Türkiyə dünya sülhü üçün haqlının yanında, haqsızlığın qarşındadır. Tarix boyu bu, belə olub. "Yurdda və dünyada sülh" fikri də buradan meydana gəlib. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı çıxışında bildirdi ki, BMT ABŞ-nin təlimatları əsasında hərəklət edir. Türkiyənin buna qarşı çıxacağını bildikləri üçün onu beşliyin tərkibinə daxil etmirlər. Prezidentimizin sözləri də bununla bağlıydı. Rusiya-Ukrayna müharibəsində tərəfsiz olan və hər iki ölkə arasında sülhə nail olmaq üçün səy göstərən ölkə Türkiyədir. ABŞ, Böyük Britaniya və Fransa Ukraynaya, Çin isə Rusiyaya dəstək verir. Suriyada bu gün sülh üçün çalışan, müharibənin bitməyini istəyən də Türkiyədir. Livan, Yemen, Qəzza gözümüzün qabağında vurulur və minlərlə insan ölür".

 

Ekspert vurğulayıb ki, Türkiyə yalnız müsəlman dünyasının təmsilçiliyini etmir, dünya sülhü üçün səy göstərir.

 

"Bu gün Türkiyənin Rəcəb Tayyib Ərdoğan kimi güclü lideri var. Bunun da məsələlərə təsiri var. Cənab Ərdoğanın yerinə başqası hakimiyyətdə olsaydı, bəlkə də, bunu qəbul edərdilər. Gücünə və haqlının yanında olduğuna görə cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğandan qorxurlar. Əvvəllər Türkiyəyə otur deyəndə oturur, qalx deyəndə qalxırdı. İndi Türkiyə belə etmir, nə vaxt istəsə, masanı tərk edə bilir. Xatırlayırsınızsa, cənab Rəcəb Tayyib Ərdoğan İsrailin Fələstindəki qətliamına qarşı çıxdığı üçün "Davos" zirvə toplantısını tərk etmişdi. BMT-nin bu yaxınlarda iclası keçirildi. Netanyahu çıxış edəndə salonda kimsə qalmadı. Amma cənab Prezidentimizin çıxışını həm iclas zalında olanlar, həm də ekran başında izləyənlər alqışladı. Bu da Türkiyənin haqlı siyasət yürütdüyünün sübutudur. Məhz elə buna görə də,yəni gücsüzün yanında olduğu üçün Türkiyəni istəmirlər".

İ.Muğlu vurğulayıb ki, bundan sonra da dəyişən bir şey olmayacaq:

 

"BMT ABŞ-nin siyasətinə uyğun hərəkət edir. Qəzzada, Somalidə, Beyrutda, Yemendə, Ukraynda hər gün qan axıdılır. BMT niyə qınaqdan başqa bir şey etmir? Türkiyə kimi güclü bir dövlət qərar verən pozisiyada olsa, vəziyyət, əmin olun ki, dəyişəcək. Dünyaya onda sülh gələcək. BMT indiyə qədər heç bir müharibəni dayandırmayıb, hətta çox vaxt münaqişəni alovlandırıb. Türkiyə bu günə qədər BMT-dən nəsə gözləməyib. Heç bu təşkilat özü də heç vaxt bizim yanımzıda olmayıb. Bu gün BMT və NATO-ya üzv olan iki ölkə PKK terror təşkilatına dəstək verir. Nə BMT, nə də NATO buna səsini çıxartmır. Bu gün terror təşkilatına başçılıq edən Fethullah Güleni Türkiyə geri istəsə də, ABŞ terrorçu qruplaşmanın başçısını Türkiyəyə vermir. Türkiyənin istəmirlər, çünki Türkiyənin ədalət gətirəcəyini bilirlər".

Избранный
50
50
modern.az

10Источники