Kişilər arasında voleybol üzrə Azərbaycan çempionatına qayıdan “Xilasedici” yeni mövsüm ərəfəsində heyətini gücləndirir.
Bakıvaxtı.az xəbər verir ki, kluba əvvəllər Macarıstan çempionatında çıxış etmiş kubalı hücumçu Luis Rodriges, eləcə də Rusiyadan hücum oyunçuları - İvan Volodin və Aleksandr Popleteyev gəlib.
Onların hər ikisi ötən mövsümü Livanda keçirib.
Onlardan başqa, "Xilasedici" Azərbaycan milli komandasının voleybolçuları - blokçu Dmitri Baranov və libero Asif Əliyevlə də güclənib. Birinci İsrail "Hapoel"ində oynayıb, ikincisi isə əvvəllər "Xara Bülbül"ün şərəfini qoruyub.
Komandaya əvvəllər “Neftçi”nin formasını geyinən Mirhasil Seyidli də qoşulub. /İdman.biz