RU

Ukraynada son 24 saat: 2 ölü, 52 yaralı

Ukrayna rəsmiləri Rusiya ordusunun son 24 saat ərzində ölkənin müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 2 nəfərin həyatını itirdiyini, biri Türkiyə vətəndaşı olmaqla 52 nəfərin yaralandığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Donetsk Əyalət Administrasiyasının sədri Vadim Filaşkin verdiyi açıqlamada, Rusiyanın son gündə bölgəyə təşkil etdiyi hücumlarda 5 mülki vətəndaşın yaralandığını qeyd edib.

Zaporojya Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov da Rusiya ordusunun Zaporojya vilayətində həyata keçirdiyi hücumlarda 1 nəfərin öldüyünü, 35 nəfərin yaralandığını bildirib.

Bəyanatda son 24 saat ərzində Rusiya və Ukrayna orduları arasında 155 toqquşma olduğu, ən qızğın toqquşmaların isə Kupyansk, Pokrovsk və Kuraxovsk istiqamətində baş verdiyi diqqətə çatdırılıb.

Əli Hüseynov

 

 

Избранный
119
24
bakivaxti.az

10Источники